Əsas Səhifə > İqtisadiyyat > ETSN NÜMAYƏNDƏLƏRİ Gədəbəydə qızıl-mis

ETSN NÜMAYƏNDƏLƏRİ Gədəbəydə qızıl-mis


25-11-2018, 07:02

ETSN nümayəndələri Gədəbəydə qızıl-mis yatağında oldular

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) məsul şəxsləri Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited (AİMK) şirkətinin Gədəbəy rayonunda fəaliyyət göstərən qızıl-mis istismar yatağı ilə tanış olublar.

ETSN-dən AzerTaym.az-a verilən məlumata görə, nazirliyin nümayəndələri geoloji kəşfiyyat işləri aparılan ərazilərə, yeraltı və açıq mədən üsulu ilə istismar olunan yataqlara baxış keçirib, ətraf mühitin mühafizəsi ilə əlaqədar görülən işlərlə maraqlanıblar.

Daha sonra nazirliyin rəsmilərinə şirkətin iş fəaliyyətini əks etdirən təqdimat keçirilib.


Geri qayıt