Əsas Səhifə > İqtisadiyyat, Slayd > Neft ucuzlaşmaqda davam edir

Neft ucuzlaşmaqda davam edir


21-08-2015, 09:46
Neft ucuzlaşmaqda davam edir Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,52 dollar və ya 1,28% bahalaşaraq 41,32 dollar təşkil edib.

AzNews.az-ın məlumatına görə, birjalarda "Brent" markalı neftin qiymətində isə mənfi dəyişiklik müşahidə olunub. Belə ki, bu markalı neftin qiyməti 1,15% yaxud 0,54 dollar azalaraq 46,62 dollar/barel olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 47 dollar/barel olacağı gözlənilir.

Geri qayıt