Əsas Səhifə > İqtisadiyyat > Yaxın günlərdə bank kreditləri ilə bağlı qərar
Yaxın günlərdə bank kreditləri ilə bağlı qərar3-04-2020, 23:40 |
Yaxın günlərdə əhalinin sosial gözləntilərilə bağlı qərarlar açıqlanacaq. Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib. İ.Məmmədov qeyd edib ki, bütün bunlar ciddi və təfərrüatlı şəkildə hesablanmalıdır: "Ən çox kreditlərlə bağlı gözləntilər var. Nəzərə alaq ki, ortada bankdır. Məsələn, bank sizdən depoziti alır və mənə kredit kimi verir. Məndən aldığı faizi sizə faiz dərəcəsi kimi ödəyir. Ona görə də bu zəncir elə qurulmalıdır ki, nə siz itirəsiz, nə mən, nə də bank. Çünki burada kimsə itirəndə hamı itirir". Geri qayıt |