Əsas Səhifə > İqtisadiyyat > Bakı-Sumqayıt istiqamətində xəttə əlavə qatarlar
Bakı-Sumqayıt istiqamətində xəttə əlavə qatarlar5-05-2020, 22:17 |
Bu gün "Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) qurumun sədri Cavid Qurbanovun rəhbərliyi ilə videokonfrans şəklində kollegiya iclası olub.
"AzerTaym.az" bu barədə qurumun mətbuat katibliyinə istinadən xəbər verir.
Məlumatda bildirilir ki,Nazirlər Kabinetinin qərarına əsasən, mayın 4-dən xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar Bakı-Xırdalan-Sumqayıt istiqamətində sərnişin sıxlığı müşahidə olunur. Sərnişin tələbatının artdığını nəzərə alaraq, həmin marşrut üzrə əlavə qatarların xəttə buraxılmasına qərar verilib.
Geri qayıt |