Əsas Səhifə > İqtisadiyyat > Qarabağın təhlükəsizliyinin təminatı: bir milyona yaxın

Qarabağın təhlükəsizliyinin təminatı: bir milyona yaxın


7-07-2021, 20:29

Qarabağın təhlükəsizliyinin təminatı: bir milyona yaxın qarabağlının qayıdışı...

"Mina xəritələrinin Azərbaycan üçün birinci növbədə əhəmiyyəti Azərbaycan vətəndaşlarının təhlükəsizliyidir”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri deyib. Onun sözlərinə görə, mina hər zaman potensial partlayış mənbəyidir:
"Bu da bizim əsgərlərimizi və bu işlə məşğul olan mülki şəxslərimizi hər zaman öldürə bilər. Ayrıca, ərazilər nə qədər qorunmuş olsa da, hələ ki qarabağlılar öz doğma ata-baba yurdlarına qeyri-rəsmi səfər edirlər. Bunun nəticəsidir ki, onlarla insan minalara düşüb tələf olub və yüzlərlə insan yaralanıb. Düşünürəm ki, bu proses getdikcə davamlı olacaq. Birinci məsələ təhlükəsizlikdir”.
 
 
Natiq Miriyə görə, yeni kənd və rayonların salınması və paralel olaraq kənd təsərrüfatı və digər sənaye obyektlərinin tikilməsinin başlanılması üçün minalardan təmizlənmiş ərazilərə ehtiyac var:
"Buna görə də düşünürəm ki, yeni şəhər və kəndlərin, yaşayış məskənlərinin salınması üçün mütləq mənada minaların çox sürətlə təmizlənməsinə ehtiyac var. Üçüncü ən əhəmiyyətli məsələ qarabağlılar nə qədər tez öz ata-baba yurduna qayıtsalar, əminəm ki, bu, Qarabağda yaşayan ermənilər və rus sülhməramlıları üçün bir o qədər böyük problemlər yaradacaq. Qarabağ torpaqlarının təhlükəsizliyinin təminatı bir milyona yaxın qarabağlının öz yurdlarına qayıtması məsələsidir. Ona görə də bu məsələdə tələsmək lazımdır. Bu, çox böyük strateji əhəmiyyət daşıyır. Bu qayıdışı təmin etmək üçün mina xəritələri əldə olunmalıdır ki, minalardan təmizlənmə prosesi bir neçə dəfə sürətlənsin”.

Geri qayıt