Əsas Səhifə > İqtisadiyyat > Neft yenidən bahalaşdı

Neft yenidən bahalaşdı


12-04-2022, 12:42

 “Brent” neftinin qiyməti 100 dollara düşdü

Dünya bazarında neft qiymətləri yenidən artıb.

Yenisabah.az xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin iyun müqaviləsinin dəyəri 1,71% artaraq 1 barelə görə 100,16 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin mayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 1,9% artaraq 96,08 dollara çatıb. 


Geri qayıt