Əsas Səhifə > İqtisadiyyat > Tələbə krediti üçün müraciətlərin qəbulu başa çatır
Tələbə krediti üçün müraciətlərin qəbulu başa çatır27-05-2022, 18:10 |
Mayın 31-də yaz semestri üçün təhsil tələbə krediti əldə etmək istəyən tələbələrin müraciətlərinin qəbulu başa çatacaq. Bu barədə Yenisabah.az-a Təhsil Nazirliyindən məlumat verilib. Yaz semestri üçün təhsil krediti almaq istəyən tələbələr notarial qaydada təsdiqlənmiş ərizə ilə elektron informasiya sisteminə müraciət edə bilərlər. Müraciətlər qeyri-iş günləri də daxil olmaqla, hər gün qəbul olunur.
Təhsil krediti üçün müraciət etmək istəyən tələbənin yaşı 18-dən aşağı olduqda valideynləri və ya himayəçisi ilə bir yerdə, yaşı 18-dən yuxarı olduqda isə özü notarial xidmətə yaxınlaşaraq bir sıra razılıqları ərizəsi ilə təsdiq etməlidir. Geri qayıt |