Əsas Səhifə > İqtisadiyyat > Azərbaycanda bu siqaretin qiyməti 4 manat oldu: Bir dəfəyə

Azərbaycanda bu siqaretin qiyməti 4 manat oldu: Bir dəfəyə


21-06-2022, 13:25

Azərbaycanda bu siqaretin qiyməti 4 manat oldu: Bir dəfəyə 50 qəpik bahalaşma

Azərbaycanda siqaret istehsalında ciddi problem yaranıb.

 

“Yeni Sabah” xəbər verir ki, hazırda köşklərdə piştaxtalar demək olar ki, yarıboş vəziyyətdədir. Böyük marketlər, satış məntəqələrində də eyni durumdur.

Satıcıların bildirdiyinə görə böhranın yaranmasına səbəb istehsalçı şirkətlərin ciddi şəkildə xammal problemi ilə üzləşmələridir. Siqaret firmaları son bir neçə həftədə demək olar ki, yeni mal istehsal etməyiblər. 

Xammal probleminə səbəb isə Rusiya-Ukrayna müharibəsidir. Azərbaycana tütün idxalı əsasən Ukraynadan olub. Müharibə başlayandan sonra isə idxal dayanıb. Siqaret fabrikləri bu vaxta qədər müharibədən əvvəl gətirilmiş xammal hesabına vəziyyətdən çıxa biliblər. İndi isə tütün tükənib.

Bu da siqaret qıtlığına səbəb olub ki, nəticədə də fantastik qiymət artımı baş verib. Məsələn, son bahalaşma zamanı qiyməti 3 manat 50 qəpiyə qalxan “Viniston” siqareti hazırda 4 manata satılır. Bir anda 50 qəpik bahalaşma baş verib. Eyni hal “LD”, “Sobranie”, “Pall Mall”, “Winchester” siqaretlərinin qiymətində də müşahidə olunur.


Geri qayıt