Əsas Səhifə > İqtisadiyyat > Banklarda dollara təlabat artıb
Banklarda dollara təlabat artıb1-09-2022, 13:51 |
Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
"AzerTaym.az" AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 73,5 mln. ABŞ dolları olub və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (30 avqust 2022-ci il tarixində keçirilib – red.) müqayisədə 15% artıb. Ötən hərracda tələb 63,9 mln. ABŞ dolları olub. Hərracda manatın ortaçəkili məzənnəsi isə 1,7000 səviyyəsində formalaşıb. Geri qayıt |