Əsas Səhifə > İqtisadiyyat > İsa Nəcəfovun məşhur klinikasında bölünmə:
İsa Nəcəfovun məşhur klinikasında bölünmə:2-11-2022, 17:10 |
Bakının məşhur özəl xəstəxanalarından olan Tusi adına klinika bölünüb. AzToday.az rəsmi mənbələrə istinadən xəbər verir ki, “N. Tusi adına klinika” MMC-nin tərkibində yeni “N.Tusi adına hospital” MMC yaradılıb. Nəticədə, MMC-nin yenidən təşkil olunduğu və nizamnamə kapitalının azaldığı bildirilir. Hazırda “N.Tusi adına klinika” MMC-nin nizamnamə kapitalı 10 min manat olsa da, azalmanın hansı məbləğdə olduğu bildirilməyib. “N.Tusi adına klinika” MMC 02.04.2002-ci ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Qurbanov Asif Qurban oğlu, hüquqi ünvanı Yasamal rayonu, H.Zərdabi prospekti 53-dür. “İsa Nəcəfovun Baş prokurorun birinci müavini işlədiyi vaxt, Azərbaycan Respublikasının Baş Prokuroru Eldar Həsənov idi. Onların arasında mal-mülk çaxnaşmaları, korrupsiyadan qazanılan pullar uğrunda fasiləsiz mübarizə baş Sən demə, onların arasındakı qızğın münaqişədən o zamankı ölkə başçısı Heydər Əliyevin də xəbəri varmış. Onun səbr kasasını nəhayət daşdıran bu iki “döyüşkən” məmur, ikisi də 2000-ci ildə vəzifədən uzaqlaşdırılır. Eldar Həsənov bir il Azərbaycan Pedaqoji Universitetində mühazirəçi, BMT proqramlarının, Alkoqolizm və digər asılılıqlar üzrə Beynəlxalq şuranın (ICAA) Türkiyə və MDB ölkələri üzrə əlaqələndirici kimi xırda-para vəzifələrdə Tusi klinikası necə özəlləşdirilib? Əli İnsanov Səhiyyə naziri işləyən zaman İsa Nəcəfov Respublika prokurorunun 1-ci müavini vəzifəsində çalışırdı. İsa Nəcəfov Dövlət Qanköçürmə Klinikasını özəlləşdirmək üçün Ə.İnsanovla iş birliyi qurmaq istəyirdi. Qanköçürmə klinikasının əsas vəsaitləri (binası və tibbi avadanlıqları çox aşağı qiymətlə dəyərləndirilmiş və dövlətə cüzi miqdarda pul vəsaiti keçirilmişdir… Geri qayıt |