Əsas Səhifə > İqtisadiyyat > Marketlərdə 16 qəpiyə satılan yumurta Birləşmiş Ərəb Əmirliklərinə

Marketlərdə 16 qəpiyə satılan yumurta Birləşmiş Ərəb Əmirliklərinə


Dünən, 18:32

Marketdə 17 qəpiyə satılan yumurtanı Rusiyaya 16,8 qəpiyə satırıq

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ümumi dəyəri 1 milyon 224 min dollar olan 20 milyon 505,6 min ədəd yumurta ixrac edilib.
AzerTaym.az yeniavaz.com-a istinadən açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ixrac olunan yumurtanın 1 ədədinin orta gömrük dəyəri 6 sent (10 qəpik) olub.

Müqayisə üçün qeyd edək ki, Azərbaycanda daxili bazarda satılan yumurtanın 1 ədədinin pərakəndə satış qiyməti 16 qəpik təşkil edib.
Onu da qeyd edək ki, ötən il yumurta Azərbaycandan xarici ölkələrə aşağıdakı qiymətlərlə ixrac edilib:
Rusiya – 48 milyon 654 min ədəd (14,5 qəpiyə);
Birləşmiş Ərəb Əmirlikləri – 34 milyon 146 min ədəd (13 qəpiyə);
İraq – 1 milyon 80 min ədəd (13,4 qəpiyə).


Geri qayıt