Əsas Səhifə > İqtisadiyyat > "Azərişıq" Ağstafa, Samux və Şəmkirdə yenidənqurma işlərini
"Azərişıq" Ağstafa, Samux və Şəmkirdə yenidənqurma işləriniDünən, 16:03 |
İstehlakçıların dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə "Azərişıq” ASC paytaxt və regionlarda elektrik təsərrüfatının yenilənməsi işlərini davam etdirir. Cənab Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq həyata keçirilən yenidənqurma işləri çərçivəsində Ağstafa, Samux və Şəmkir rayonlarında da köhnəlmiş elektrik şəbəkəsi yenisi ilə əvəz olunur.
"AzerTaym.az" qurumun mətbuat xidmətinə istinadən bildirir ki, Ağstafanın Saloğlu qəsəbəsi və 33-cü məhəllə adlanan ərazisində 0.4 kV-luq dayaqlar basdırılır, köhnə elektrik xətlərinin əvəzinə Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN) çəkilir, sayğaclar yenilənir. Hər iki ərazidə ümumilikdə 4 yeni güc mərkəzi yaradılacaq.
Şəmkirin Çinarlı qəsəbəsində 0.4 kV-luq köhnəlmiş dayaqlar və elektrik xətləri, habelə sayğaclar yeniləri ilə əvəz edilir. Qəsəbədə ümumilikdə 18 Kompleks Transformator Məntəqəsinin (KTM) quraşdırılması nəzərdə tutulub.
Samuxun Alıuşağı kəndində də yenidənqurma işləri davam edir. Digər kəndlərdə olduğu kimi burada yeni metal dayaqlar əkilir, izolyasiyalı naqillər çəkilir. Abonentlərin elektrik enerjisinə artan tələbatı nəzərə alınaraq kənddə 7 ədəd Kompleks Transformator Məntəqəsi (KTM) quraşdırılacaq.
Abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması ilə yanaşı həm də elektrik enerjisi itkilərinin minimuma endirilməsini hədəfləyən "Azərişıq” ASC sözügedən rayonlarla yanaşı ölkənin digər regionlarında əksər kənd və qəsəbələrdə yenidənqurma işlərini davam etdirir.
Geri qayıt |