Əsas Səhifə > İqtisadiyyat > Dönərxanalarda artan ZƏHƏRLƏNMƏLƏR: Ekspertdən HƏYƏCAN
Dönərxanalarda artan ZƏHƏRLƏNMƏLƏR: Ekspertdən HƏYƏCAN10-06-2025, 19:41 |
“Dönərxanalarda yararlılıq müddəti 4 saat olan mayonezlər saxlanılır ki, bu da zəhərlənmələrə səbəb olur. Digər səbəb boyat dönərlərin təhlükə mənbəyi olmasıdır. Təəssüflər olsun ki, dönərxanalarda monitorinq aparılanda bu amillərə fikir verilmir”. Bunu Yenicag.az-a açıqlamsında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. O, dönərdən kütləvi zəhərlənmələrin səbəbini açıqlayıb və bunu qarşısını almaq üçün çıxış yolları göstərib. Qeyd edək ki, dünən Naxçıvanda dönərdən kütləvi zəhərlənmə halı baş verib. Belə ki, 9-u uşaq olmaqla 17 nəfərin zəhərlənməsinə səbəb olan hadisə dönərlərlə bağlı gigiyenik və sağlamlıq məsələlərini yenidən gündəmə gətirib.
Geri qayıt |