Əsas Səhifə > İqtisadiyyat, Slayd > YENİ İLDƏ AZƏRBAYCANI GÖZLƏYƏN TƏHLÜKƏ -
YENİ İLDƏ AZƏRBAYCANI GÖZLƏYƏN TƏHLÜKƏ -29-12-2015, 08:08 |
2015-ci ildə Brent neftinin barrelinin ən minimum qiyməti (dollarla) “Royal Bank of Scotland”ın analitikləri fikirlərini Beynəlxalq Energetika Agentliyinin (BEA) məlumatları ilə əsaslandırırlar. BEA-nın məlumatına görə, gələn il neftə qlobal tələbat kəskin azalacaq. Çünki neft anbarları artıq tam dolub. Dolların Rusiya rublu ilə müqayisədə bahalaşması Azərbaycan iqtisadiyyatı üçün yeni təhlükə rublun daha da ucuzlaşmasıdır. Bu gün Rusiya paytaxtında rubl rekord səviyyədə ucuzlaşıb və 1 dollar 72 rubla satılıb. Halbuki, 2014-cü ilin mayında 1 dollar 32 rubla satılırdı. Rus rublunun məzənnəsində müşahidə edilən bu dəyişmə ekspertlərin 1 dolların Rusiyada 125 rubla qədər ucuzlaşa biləcəyi barədə proqnozların gerçəkləşmə ehtimalını artırır.
ABŞ-lı ekspert, CENRG analitik mərkəzinin direktoru, «Atlantic Council»un böyük ekspertiAriel Koenun fikrincə, neftin barrelinin 100 dollardan yüksək olduğu dövrələr artıq arxada qalıb və 2016-ci ildə heç bir geri qayıdış olmayacaq. Ariel Koen hələ 2008-ci ildə bildirmişdi ki, xammalın durmadan bahalaşması dünya iqtisadiyyatını uçuruma aparır. İndi Koen bildirir ki, dünya iqtisadiyyatı üçün neftin qiymətinin ən optimal ssenarisi 2020-ci ilə kimi barrelin qiymətinin 50 dollara qalxmasıdır. Azərbaycan hökuməti neftin barrelinin 16 dollara düşə biləcəyi dövrə yaxşı hazırlaşmalıdır. Həm də ölkənin bu məsələ ilə bağlı uğurlu təcrübəsi var. Elə də uzaq olmayan tarixdə – 1990-cı illərdə neftin qiyməti təxminən bu ətrafda dəyişirdi. Onda heç bir valyuta imkanı olmayan Azərbaycan əhalinin güzəranını gündən günə yaxşılaşdırırdı. İndi də bu problemi həll etmək mümkündür. Bunun üçün sadəcə, iqtisadiyyatın əsas bəlası olan inhisarçılığı, korrupsiyanı və rüşvətxorluğu aradan götürmək lazımdır.
Geri qayıt |