Əsas Səhifə > İqtisadiyyat > SABİQ DEPUTATLAR 2 AYDIR MAAŞ ALMIR -
SABİQ DEPUTATLAR 2 AYDIR MAAŞ ALMIR -17-01-2016, 20:30 |
Azərtaym.az xəbər verir ki, musavat.com-un əldə etdiyi məlumata görə, parlamentin səlahiyyət müddəti bitmiş çağırışının təkrar seçilməyən üzvləri onlar üçün nəzərdə tutulan maaşı (deputat maaşının 80%-i) ala bilmirlər. Milli Məclisdən onlara bildirilib ki, spiker Oqtay Əsədov məzuniyyətdədir. Ona görə də maaşların verilməsi ləngiyir. Məlumatı sabiq deputatların bir neçəsi musavat.com-a təsdiqləyib. Qeyd edək ki, sabiq deputatlar sonuncu dəfə noyabr ayının 12-sinə qədər olan maaşları alıblar.
Geri qayıt |