Əsas Səhifə > Kriminal > Zərdab polisi Prezidenti təhqir edib, vətəndaşları aldadan(lar)ı qoruyur?
Zərdab polisi Prezidenti təhqir edib, vətəndaşları aldadan(lar)ı qoruyur?25-04-2016, 09:30 |
Rayon polisi vətəndaşlara külli miqdarda «pul atan» müxalifətçi «dələduz»larə niyə müdafiə edir? Zərdab rayon Əlvən kənd sakini Əzimzadə Fariz Akif oğlu redaksiyamıza müraciət edərək Zardab rayon polis şöbəsindən şikayət edib. Yenicag.az-a müraciət edən Fariz Əzimzadə qeyd edir ki, yerli polis dələduzluq yolu ilə vətəndaşlardan külli miqdarda pul alaraq qaytarmayan şəxslə bağlı tədbir görmək istəmir: «Öncə onu qeyd edim ki, mən, dayım Abdullayev Vahid Əlisaab oğlu 02.09.2014-cü ildə İsgəndərli Orxan Yaşar oğlu və onun atası İsgəndərli Yaşar Talıbxan oğlu ilə üç aylıq müqavilə bağladıq. Müqaviləyə əsasən 30 min manatı Orxan İsgəndərliyə verdik. Müqavilə müddəti başa çatdıqdan sonra Orxan İsgəndərli pulu qaytarmayıb. Yalnız 01.12.2014 tarixində borcun 6500 manatını qaytardı, lakin xeyli müddət keçsə də, 23500 manatı qaytarmaq istəmir. Onu da nəzərə çatdırım ki, Orxan İsgəndərli Nəriman Əzizov adlı şəxsdən də 10500 manat alıb, onu da qaytarmayıb. Yəni, üç nəfərdən dələduzluqla pu alıb qaytarmayan biri ilə bağlı hansısa addımlar atmaq istəmirlər”.
Fariz Əzimzadə bildirir ki, özünü müxalifətçi elan edən bu şəxslər məhkəmə qərarını icra etmədikləri kimi, məhkəmə icraçılarını da şantaj edirlər. İsgəndərli Orxan Yaşar oğlu “Organik” MMC-nin direktorudur. Atası Yaşarın və özünün sosial media hesablarından dəfələrlə Azərbaycan Prezidenti də daxil olmaqla, dövlət rəhbərliyi haqqında kəskin ifadələr işlətdikləri halda polisin onlara bu isti münasibətinin səbəbi qaranlıqdır. Geri qayıt |