Əsas Səhifə > Kriminal > “15 min versən, oğlunu işə düzəldərəm” -
“15 min versən, oğlunu işə düzəldərəm” -25-10-2016, 13:17 |
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə prosesinin növbəti iclası keçirilib. Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən zərərçəkmiş Yusif Əzizov bildirib ki, oğlunu ixtisası üzrə işə düzəltmək üçün dostunun məsləhəti ilə Maşallah Əhmədova 15 min manat pul verib: "Dostum dedi ki, oğlum da Maşallah Əhmədovun yanında işləyir. Görüşdük, dedi 15 min manat pul versən, oğlunu şirkətlərdən birinə işə düzəldərəm. Maşallah dedi ki, oğlunu da göndərəcəyik xaricdə oxusun. Mən də pulu verdim. Neçə il keçdi, iş düzəlmədi, pulu da qaytarmadı. Mən dəfələrlə ona demişəm ki, gəl məsələni polis səviyyəsinə qaldırmayaq. Bundan əlavə, mənə başqa işlərlə bağlı da söz verdi, amma etmədi. Onun mənə vurduğu ziyan 350 min manatdır. Mənə İrandan tikinti daşı gətirmək üçün də söz verdi, pulumu aldı qaytarmadı". Geri qayıt |