Əsas Səhifə > Kriminal > “Çudo Peçka”nın sahibi polisə çağırıldı –
“Çudo Peçka”nın sahibi polisə çağırıldı –26-10-2016, 12:59 |
Bakıdakı “Çudo Peçka” mağazalarından birinin işçiləri polisə şikayət edib. “Report”un xəbərinə görə, işçilər maaşlarının verilməməsindən şikayətləniblər. Binəqədi rayonu Cəfər Xəndan küçəsində yerləşən “Çudo Peçka” mağazasının 30-dək işçisi Binəqədi Rayon Polis İdarəsinə (RPİ) ərizə ilə müraciət edərək üç aydır maaşlarının verilmədiyini bildirib. Faktla bağlı mağazanın sahibi Çingiz Çəlilovun oğlu Anar Cəlilov polis idarəsinə çağırılıb, ondan izahat alınıb. A.Cəlilov işçilərin maaşlarının yaxın günlərdə veriləcəyini bildirib.
Geri qayıt |