Əsas Səhifə > Kriminal > Bakıda tanınmış şəxsin arvadı 15 yaşlı oğlan şagirdinə təcavüz edib
Bakıda tanınmış şəxsin arvadı 15 yaşlı oğlan şagirdinə təcavüz edib31-01-2017, 12:49 |
Azərbaycanda müəllimin şagirdi ilə intim münasibətdə olduğu üzə çıxıb Ölkə.Az-a daxil olan məlumata görə, hadisə Bakı məktəblərindən birində baş verib. Əldə etdiyimiz məlumata görə, məktəbdə müəllim işləyən Nazilə Məmmədova (ad şərtidir-red.) 15 yaşlı şagirdi Tofiq Əhmədov ilə (ad şərtidir-red.) bir neçə aydır intim münasibətdə olurmuş. Məsələdən xəbər tutan şagirdin anası bununla bağlı məktəb rəhbərliyinə və hüquq-mühafizə orqanlarına müraciət edib. Həmçinin qeyd edilir ki, sözügedən müəllimin həyat yoldaşı yetərincə tanınmış və nüfuzlu şəxsdir. Hazırda iş təhqiqatda olduğu üçün müəllimin kimliyini açıqlamırıq. Mövzunu diqqətdə saxlayacağıq Geri qayıt |