Əsas Səhifə > Kriminal > Azərbaycanlı avtoritet başından vuruldu -

Azərbaycanlı avtoritet başından vuruldu -


1-02-2017, 15:00

Azərbaycanlı avtoritet başından vuruldu - RUSİYADA

Rusiyada azərbaycanlı avtoritet başından güllələnərək öldürülüb.

"Report"un xəbərinə görə, hadisə Rusiya Federasiyasının Xanti-Mansi Muxtar Dairəsində qeydə alınıb.
Belə ki, Surqut şəhərində "Kafe Rus" iaşə obyektində azərbaycanlı avtoritetlər arasında yığıncaq ("sxodka") olub. Avtoritetlər arasında mübahisə düşüb.
Nəticədə, Ağdam rayon sakini 1971-ci il təvəllüdlü Siyavuş Zeynalov başında güllələnərək öldürülüb. Hadisədən sonra qətli törədən şəxs kafedən çıxaraq qaçıb.
S.Zeynalovun meyiti Moskva-Bakı reysi üzrə hərəkət edən təyyarə ilə bu gün günorta saatlarında Bakıya gətirilib.
Faktla bağlı Rusiyanın hüquq-mühafizə orqanları araşdırma aparır.

Geri qayıt