Əsas Səhifə > Kriminal > Əli İnsanovun döydüyü iddia olunan
Əli İnsanovun döydüyü iddia olunan13-04-2017, 10:20 |
Sabiq səhiyyə naziri Əli İnsanovun cinayət işi üzrə zərərçəkən kimi tanınan şəxsin kimliyi bəlli olub. Gununsesi.info-nun sabiq nazirin ittiham aktına istinadən verdiyi xəbərə görə, bu, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Əməliyyat-Rejim İdarəsinin Rejim-nəzarət şöbəsinin baş əməliyyat müvəkkili ədliyyə mayoru Anar Məmmədovdur. İttiham aktına əsasən Əli İnsanov saxlandığı cəzaçəkmə müəssisəsinin inzibati binasında (rəis müavininə məxsus otaqda) barəsində protokol yazan Anar Məmmədovu döyüb. Əli İnsanovun zərbəsindən sonra Anar Məmmədov yıxılıb. Ona kəllə-beyin travması, habelə, digər xəsarətlərlər yetirilməsi barədə ekspertiza rəyləri ittiham aktına yazılıb. Ancaq məhkəmə zalında ifadə verən Anar Məmmədovu görən proses iştirakçıları 71 yaşlı Əli İnsanovun idmançı cüssəli bir gənci döyməsinə təəccüblənib. Prosesdən sonra döyüldüyü iddia edilən Anar Məmmədova yaxınlaşan Gununsesi.info-nun əməkdaşı hadisə barədə ondan soruşub:
Geri qayıt |