Əsas Səhifə > Kriminal > Sabiq "JEK" müdiri 10 il cəza aldı-

Sabiq "JEK" müdiri 10 il cəza aldı-


12-05-2017, 12:20

Sabiq "JEK" müdirinə hökm oxunub.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1980-ci il təvəllüdlü Quliyev Namiq Ədalət oğlu cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə 400 min manatlıq dələduzluq etməkdə təqsirləndirilən Namiq Quliyevə hökm oxunub.

Məhkəmənin hökmü ilə Namiq Quliyev 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Namiq Quliyev Nərimanov rayonunda yerləşən "JEK"lərdən birində rəis olub.

N.Quliyev torpaq sahələrinin özəlləşdirilməsi adı ilə vətəndaşlardan 400 min manat alıb. Sabiq JEK müdiri vədinə əməl etməyərək vətəndaşlara qarşı dələduzluq edib.

Qeyd edək ki, Namiq Quliyev Cinayət Məcəlləsinin 178.3.2(külli miqdarda dələduzluq) maddəsi ilə təqsirli bilinir.


Geri qayıt