Əsas Səhifə > Kriminal > Ana və 4 QIZININ meyiti
Ana və 4 QIZININ meyiti8-12-2017, 14:56 |
Salyanda ailə başçısı tərəfindən öldürülən beş nəfərin meyiti ailəsinə təhvil verilib. "AzerTaym" “Ucnoqta.az”a istinadən xəbər verir ki, bütün araşdırmalar aparıldıqdan sonra, bu gün səhər meyitlər ailənin yaxınlarına təhvil verilib. Qeyd edək ki, ana və 4 qızının 3 il öncə əri və oğlu tərəfindən öldürülməsi “Xəzər TV” də yayımlanan Xoşqədəm Hidayətqızının “Səni axtarıram” verilişindən sonra bəlli olub. Belə ki, efirdə ana və qızlarının Türkiyəyə getməsi ehtimalının ictimailəşdilməsini qeyrətsizlik kimi qəbul edən ata və oğul törətdikləri cinayəti etiraf ediblər. Geri qayıt |