Əsas Səhifə > Kriminal > Fədayə Laçın bu gün HƏBSDƏN
Fədayə Laçın bu gün HƏBSDƏN13-12-2017, 09:40 |
“Qoca” ləqəbli avtoritet Etibar Məmmədov və kriminal aləmin üzvü olan Əli Ağamini konvoyun müşayiəti altından qaçırmağa kömək etməkdə ittiham olunaraq, həbs edilən müğənni Fədayə Laçının ev dustaqlığına buraxılması üçün məhkəməyə müraciət edilib. AzerTaym.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, vəsatətə dekabrın 13-də Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə baxılacaq. Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev bir qədər əvvəl mətbuata açıqlamasında demişdi ki, qətimkan tədbirinin dəyişdirilməsi mümkündür: “Bu halda prokuror tərəfindən də məhkəməyə müraciəti əsasında qətimkan tədbiri dəyişdirilə bilər. Yaxud vəkil məhkəmə qarşısında vəsatət qaldıra bilər. Amma hər şeydən əvvəl məhkəmə tərəfindən zaminliyin mümkünlüyü haqda qərar olmalıdır. Bütövlükdə Fədayə xanımın zaminliyə verilib-verilməməsi ilə bağlı məsələ həm cinayət işinin istintaqını aparan müstəntiq və həm də prokuror tərəfindən qaldırıla bilər. Bu baş verəcək, yoxsa yox, söyləmək çətindir. Qətimkan tədbirinin dəyişdirilməsi zamanı təqsirləndirilən şəxsə 2 nəfərdən 5 nəfərə qədər şəxs zamin dura bilər. Şəxsin gələcəkdə istintaqdan qaçıb gizlənmə ehtimalı və istəyi yoxdursa, qətimkan tədbirinin dəyişdirilməsi mümkün sayılır. Zaminliyə buraxılma zamanı şəxsin məhkumluğu ləğv edilmir, istintaq davam edir. Bunun üçün ibtidai istintaqı həyata keçirən subyektlərin fikirləri və rəyləri əsasdır. Amma məhkəmə bütövlükdə məsələyə baxıb qərar verə bilər. Nə qədər ki, Fədayə Laçın haqda həbs-qətimkan tədbiri seçilib, onun dəyişdirilməsi yalnız məhkəmə qaydasında mümkündür”. Baş Prokurorluğun məlumatına görə, oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı başlanan cinayət işi üzrə F.Məmmədova təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə F.Laçın barəsində üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Ə.Ağami Şirvan şəhərində həbs edilib, “Qoca”nın saxlanılması üçün keçirilən əməliyyat zamanı o, müqavimət göstərdiyi üçün öldürülərək zərərsizləşdirilib.
Geri qayıt |