Əsas Səhifə > Ana səhifə > QUBADLI istiqamətində hücuma cəhd edən düşmən 50 NƏFƏR
QUBADLI istiqamətində hücuma cəhd edən düşmən 50 NƏFƏR26-10-2020, 00:28 |
Qubadlı istiqamətində gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin bölmələri hücum etməyə cəhd göstəriblər. Müdafiə Nazirliyi xəbər verir ki, bölmələrimiz tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən 50 nəfərədək canlı qüvvə itirərək geri çəkilməyə məcbur edilib. Nəticədə düşmənin silah-sursatla dolu dörd avtomobil və bir zirehli texnikası ələ keçirilib. Ələ keçirilən hərbi qənimətlərin görüntülərini təqdim edirik. "AzerTaym.az"
Geri qayıt |