Əsas Səhifə > Ana səhifə > “Hazırda “omicron” və “delta” olan xəstələri ayırd etmək

“Hazırda “omicron” və “delta” olan xəstələri ayırd etmək


14-01-2022, 14:44

“Hazırda “omicron” və “delta” olan xəstələri ayırd etmək mümkün deyil“

"Hazırda “omicron” və “delta” olan xəstələri ayırd etmək klinik cəhətdən demək olar ki, mümkün deyil".

  Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov nazirliyin sosial şəbəkələrdəki hesablarına “omicron” ştamı ilə bağlı gələn sualları cavablandırarkən belə deyib.

"Koronavirus infeksiyasının “omicron” variantı ilə yoluxma üçün inkubasiya dövrü sələfləri ilə müqayisədə nəzərəçarpacaq dərəcədə qısadır (əsasən, 1-3 gün). Həmçinin yeni ştam yüksək yoluxucudur.

Belə ki, o, artıq bir sıra ölkələrdə “delta” ştamını sıxışdıraraq qısa müddət ərzində dominant ştama çevrildiyi müşahidə olunur. Sürətlə yayılan “omicron” ştamı əksər hallarda daha yüngül keçir, əvvəlki ştamlarla müqayisədə ağır pnevmoniyanın inkişafına daha az rast gəlinir, proses əsasən yuxarı tənəffüs yollarında gedir". Yenisabah.az


Geri qayıt