Əsas Səhifə > Ana səhifə > Uşaqların bağçalara qəbulunda Yenilik
Uşaqların bağçalara qəbulunda Yenilik14-04-2022, 13:47 |
“Qarşımızda olan məsələlərdən biri də yeni tədris ili başlayana qədər məktəbəqədər təhsil müəssisələrində də uşaq qəbulunu vahid elektron formada həyata keçirməkdir”. "AzerTaym.az" bildirir ki, bu sözləri Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib. “Bu, valideynlərin evdən çıxmadan belə elektron sistem vasitəsilə bağçanı seçərək övladlarını qeydiyyatdan keçirməklərinə imkan verəcək”, - deyə şöbə müdiri qeyd edib. O vurğulayıb ki, valideynlər sonradan övladlarının bağçasını dəyişə bilər: “Burada əsas məsələ bağçalarda boş yerin olub-olmamasıdır. Nəzərdə tutduğumuz mexanizm boş yerlərin sistemdə daim açıq olmasını təmin etməkdir. Biz çalışacağıq ki, boş yerlər daima sistemdə görünsün”. Geri qayıt |