Əsas Səhifə > Ana səhifə > Rəşad Nəsirova yeni vəzifə verildi

Rəşad Nəsirova yeni vəzifə verildi


23-01-2023, 15:30

Azərbaycanlı jurnalistə vəzifə verildi

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinə yeni rəhbər təyinatı olub.

"AzerTaym.az" bildirir ki, bu vəzifəyə Əməkdar jurnalist Rəşad Nəsirov təyin edilib.

Qeyd edək ki, 1977-ci il təvəllüdlü R.Nəsirov uzun illər müxtəlif televiziyalarda çalışıb. O, 2015-2020-ci illərdə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədr müavini vəzifəsində işləyib.


Geri qayıt