Əsas Səhifə > Maqazin > Musa Yaqub Teymur Əmrahı YERİNDƏ OTURTDU:

Musa Yaqub Teymur Əmrahı YERİNDƏ OTURTDU:


29-06-2016, 15:30

Xalq artisti Flora Kərimova ilə həmkarı Teymur Əmrah arasındakı qalmaqal tanınmış ziyalılar tərəfindən narazılıqla qarşılanıb.

 Publika.az-a açıqlama verən şair Musa Yaqub illərin sənətkarının müdafiəsinə qalxıb: “Mənim Flora Kərimovaya həsr etdiyim “Bənövşə ətri” adlı şeirim də var. Onun sənətinə, səsinə böyük hörmət bəsləyirəm. İndi hər yerindən durun müğənni ona söz atmaqla özünü gündəmə gətirmək fikrinə düşür. Amma yanılırlar. Flora xanımın adıyla gündəmə gəlib, özünü nə qədər reklam edə biləcəksən? Gərək özünün də qabında bir şey olsun. Flora Kərimova sənətdə möhürünü vurmuş sənətkardır, amma sən kimsən axı? Sən sevilən sənətkarı daşlamaqla əslində özünü biabır edirsən. Utan, xəcalət çək. Hələ Floranın oxuduğu mahnıların birini onun kimi oxu, sonra danış. Təəssüf ki, indi bir çox cavan müğənnilər sənətdən çox özlərini tərifləməklə məşğuldur. Nəticədə də özlərini gözdən salmış olurlar”.


Geri qayıt