Əsas Səhifə > Maqazin > Tacir Fədayə Laçının həbsindən danışdı:
Tacir Fədayə Laçının həbsindən danışdı:30-10-2017, 16:51 |
Müğənni Tacir Şahmalıoğlu həbs olunan duet ortağı Fədayə Laçın barədə danışıb. Lent.az-a açıqlama verən T.Şahmalıoğlu bildirib ki, F.Laçının bu işlərindən xəbəri olmayıb: “Mən Fədayə Laçınla nə sevgili olmuşam, nə də bir şey. Sadəcə, 1998-ci ildən 2002-ci ilə qədər duet ortağı olmuşuq. Onun belə işlərdə əlinin olub-olmadığı barədə nəsə deyə bilməyəcəm. Yəni bu cür işlərlə məşğul olduğunu öncədən bilmirdim. Bu xəbəri media işçilərindən eşitdim. Vallah, başqa nə deyə bilərəm? Həbs olunub. Onun yanına niyə gedim ki?".
Qeyd edək ki, Məmmədova Fədayə Baris qızı (Fədayə Laçın) oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilir. Geri qayıt |