Əsas Səhifə > Maqazin > İlhamə Quliyeva xəstəxanaya yerləşdirildi

İlhamə Quliyeva xəstəxanaya yerləşdirildi


11-12-2013, 12:50
XALQ ARTİSTİ ON GÜN MÜAYİNƏ OLUNACAQ
İlhamə Quliyeva xəstəxanaya yerləşdirildi
Xalq artisti İlhamə Quliyeva ürək əməliyyatı olunduğu xəstəxanaya yerləşdirilib.

Axşam.az xəbər verir ki, məlumatı müğənninin mətbuat katibi Faiq Ələkbərli də təsdiqləyib. O, xalq artistinin hazırda özünü yaxşı hiss etdiyini, səhhətində ciddi problem olmadığını deyib:
“İlhamə xanım Mərkəzi Neftçilər xəstəxanasında ürək əməliyyatı olunmuşdu. Xəstəxananın Ürək və Damar Xəstəlikləri Mərkəzinin rəhbəri, cərrah Rəşad Mahmudovun məsləhəti ilə əməliyyatdan sonra sənətkar vaxtaşırı həkim müayinəsindən keçməlidir. Məhz elə buna görə də İlhamə xanım növbəti dəfə müayinədən keçmək üçün klinikaya yollanıb. Həkim məsləhətinə görə, müğənninin müayinəsi on gün davam edəcək. Hazırda onun səhhətində heç bir problem yoxdur, özünü yaxşı hiss edir. Xəstəxanada olan İlhamə xanıma bir sıra dövlət xadimləri və sənətçilər baş çəkib. Sənətkarı görməyə gələnlər arasında sadiq və dəyişməz komandasının üzvləri - prodüser Tarix Əliyev (Tolik), əməkdar artistlər Cavanşir Məmmədov və Firuzə İbadova, opera ifaçısı Ülvi Qılınc da yer alıb”.

Geri qayıt