Əsas Səhifə > Maqazin > Fikrət Əmirovun 95 illik yubileyi
Fikrət Əmirovun 95 illik yubileyi27-11-2017, 15:35 |
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin müəllim və şagirdləri xalqımızın böyük bəstəkarı Fikrət Əmirovun 95 illik yubileyi ilə əlaqədar olaraq Gəncə Musiqi Kollecində tədbir keçiriblər. “AzerTaym” xəbər verir ki, tədbir proqramında Lalə İbrahimovanın ifasında "Sevil" operasından Sevilin ariyası, Dilbərin mahnısı, "Azərbaycan elləri " mahnısı, Zərrin Əliyevanın ifasında "Məhəbbət rəqsi", Ü.Hacıbəyliyə həsr olunmuş "Xatirə" elegiyası və digər əsərlər səslənib. Tədbir zamanı Fikrət Əmirovun haqqında qısa metrajlı film nümayiş olunub. Tədbirdə Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin nümayəndələri, Gəncədə fəaliyyət göstərən musiqi məktəblərinin müdriyyəti iştrak edib.
Geri qayıt |