Əsas Səhifə > Maqazin, Slayd > Məhkəmə Məleykə Əsədovanın
Məhkəmə Məleykə Əsədovanın8-01-2018, 13:30 |
Bu gün Nəsimi Rayon Məhkəməsində xalq artisti Məleykə Əsədovanın xalq artisti Ramiz Məlikə qarşı və R.Məlikin ona qarşı iddiası üzrə məhkəmə iclası davam etdirilib. “Report”un xəbərinə görə, hakim Natavan Tağıyevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, hər iki iddia təmin edilməyib. M.Əsədovanın vəkili jurnalistlərə açıqlamasında bildirib ki, müvəkkili xüsusi ittiham qaydasında da məhkəməyə müraciət edəcək: “Həmçinin, bu məhkəmə qərarından da apellyasiya şikayəti veriləcək”. R.Məlikin vəkili Türkel Süleymanlı məhkəmədə qarşılıqlı iddia qaldırıb. O, M.Əsədovanın müvəkkilini təhqir etdiyini və buna görə 300 min manatlıq iddia qaldırdıqlarını söyləyib. Mülki iddia icraata qəbul edilib.
Geri qayıt |