Əsas Səhifə > Maqazin > YEGANƏ BOŞANMA xəbərlərindən danışdı:
YEGANƏ BOŞANMA xəbərlərindən danışdı:24-02-2018, 16:48 |
Müğənni Yeganə Akbudak türkiyəli həyat yoldaşı Fatehlə boşanma xəbərlərinə son qoyub.
Axşam.az-ın məlumatına görə, cütlük birlikdə "Zaurla Günaydın" verilişinə qonaq olublar. Yeganə bildirib ki, artıq boşanma xəbərlərindən yorulub: "Bezmişəm, az qalıram nikah kağızımı hamıya göstərim. O qədər yazıb-pozurlar. Qanuni ərimdir. İstəyirəm evli olduğumuzu göstərən kağızı pasport əvəzi üstümdə gəzdirim". Müğənni qayınatasından bəhs edib: "Qayınatamın qızı yoxdur, məni övladı kimi çox istəyir. Tikinti işi ilə məşğuldur, ev tikib satır. Hər dəfə bina tikəndə mənə bir ev hədiyyə edir. Deyir ki, Ömərindir (oğlu - red.). İstanbulda iki ev bağışlayıb mənə". Həyat yoldaşı fateh bəy isə evlilikləri haqda "Hər şey yaxşıdır. 8 ildir evliyik. Sənət adamı ilə ailə qurmaq çox çətindir" sözlərini deyib. ![]() ![]() ![]() Geri qayıt |