Əsas Səhifə > Maqazin, Slayd > Günayın KEÇMİŞ ƏRİ kamaz

Günayın KEÇMİŞ ƏRİ kamaz


4-12-2018, 18:51

Günayın keçmiş əri kamaz sürücüsü oldu (FOTOLAR)

"Yaprak Dökümü" serialı ilə məşhurlaşan Tolqa Karel iki il əvvəl Amerikaya köçüb.
Turizm sahəsində çalışmağa çalışan aktyorun işləri pisləşib. Ev olaraq istifadə etdiyi ofisini bağlayan Karel amerikalı arvadının ailəsinin yanına köçüb.
Bir müddət işsiz qalan aktyor yeni işə girib. O, bundan sonra TIR sürücüsü kimi çalışacaq. Bir müddət əvvəl Tolqa Amerikada əyalətlər arasında sürücülük kursuna yazılıb. Ötən gün səfərlərə başlayan aktyorun ilk səfəri Texasa olub.
İşindən görüntüləri sosial şəbəkədə yayımlayan Karel ayda 8 min dollar maaş alır.
Qeyd edək ki, Tolqa azərbaycanlı model Günay Musayeva ilə ailəli olub. Cütlüyün Cahangir adlı oğul övladı var. Günaydan boşanan Tolqa yenidən evlənib və qızı dünyaya gəlib. (Axşam.az)

Geri qayıt