Əsas Səhifə > Maqazin > Faiq Ağayev arxiv fotosunu paylaşdı

Faiq Ağayev arxiv fotosunu paylaşdı


1-06-2021, 23:57

Faiq Ağayev arxiv fotosunu paylaşdı

 

Xalq artisti Faiq Ağayev İnstaqram səhifəsində atası ilə çəkilən arxiv fotosunu paylaşıb.

"AzerTaym.az" axşam.az-a istinadən xəbər verir ki, sənətçi uşaqlıq illərində lentə alınan şəklə "Uşaqlıq - qayğısızlıq dövrü, ömrün ən xoşbəxt zamanıdır. Balalarımız atalı-analı, sağlam və bəxtiyar yaşasın! 2 yaşlı mən və atam" qeydini yazıb.

İstifadəçilərin böyük əksəriyyəti Faiq Ağayevi atası Balağa Ağayevə bənzədiblər.

Qeyd edək ki, Xalq artistinin atası 2011-ci ildə vəfat edib.


Geri qayıt