Əsas Səhifə > Maqazin > "Hədələyirdilər ki, çimərlik geyimində çıxsanız,

"Hədələyirdilər ki, çimərlik geyimində çıxsanız,


1-09-2021, 23:56

Ə

"Burada inkişafdan söz gedə bilməz. Modelyerlər kolleksiyalar hazırlamalıdır. Daimi yaz-yay, payız-qış kolleksiyası olmalıdır. Dəfilə keçirilməli və modellər podiuma çıxmalııdr. Onda model biznesi inkişaf edər. Bizdə bu məsələ davamını tapmayıb. Ara-sıra baş verir. İndi model biznesi ancaq gec-gec keçirilən dəfilədən, klip, reklam çəkilişində qalıb. Ən çox da tədbirdə, mükafatlandırma mərasimlərində hostes kimi model axtarılır. Pandemiyada isə bu yoxdur".
 
Bu sözləri Axşam.az-a açıqlamasında model Natella Kərimova deyib. O, Azərbaycanda model biznesinin son vaxtlar inkişafdan dayanmasından danışıb:
 
"Son 2 ildə hər şey dayanıb. 2000-ci ilin əvvəlində bu sahədə sıçrayış var idi, ümid bəsləyirdik ki, gələcəkdə model biznesi inkişaf edəcək. Amma əksi oldu. Ümid edirik ki, bu, hələ də son deyil".
 
N.Kərimova bildirib ki, hazırda brendlərin reklamlarında tanınmış sənət adamlarına üstünlük verməsi uğursuz seçimdir:
 
"Hər brendin öz siyasəti var. Hansısa məşhur simanı dəvət etmək necədir? Düşünürəm ki, bu gün bir brendi reklam edən məşhur sima, sabah başqasına gedir. Bu da inandırıcı görünmür. Xaricdə hər brend özünə bir sima seçir. İnsanlar həmin markanı o insanla tanıyır və onlarda inam yaranır".
 
Model Azərbaycanda keçirilən gözəllik yarışmalarını tənqid edib:
 
 
"Müəyyən vaxtdan sonra gözəllik müsabiqələrinin səviyyəsi aşağı düşdü. Bizim vaxtımızda səviyyəli yerlərdə keçirilirdi. Son vaxtlar zirzəmidə keçirilən müsabiqələr olurdu. Hamını dəvət edirdilər, parametrlər uyğun gəlmiyənlər yer alırdı... Əvvəllər bu cür müsabiqələrə yanaşma fərqli idi. 1996-cı ildə radikal islamçılar şərt qoymuşdu ki, müsabiqədə qızlar çimərlik geyimində çıxsalar, zal partladılacaq. Buna məhəl qoymadıq, hətta çimərlik geyiminin üstündən çadra geyindik, səhnədə çıxardıq. Əvvəl hamı adla tanıyırdı seçilənləri. İndi "miss"lərin sayı adi adamlardan çoxdur.
 
İlk dəfə gözəllik yarışması 1996-cı ildə oldu. 2001-ci ildə beynəlxalq səviyyədə keçirildi. Bir-iki il səviyyəli oldu, sonra rüşvət girdi araya. Kiminin imkanı var idi, başqası digər məqsədlə gəlirdi. Artıq məqsəd çəkilişlər, moda deyildi. Xaricdə bu cür yarışmalarda modellərə sual verirlər ki, başqa nə işlə məşğul ola bilərsiniz? İndi bu cür sual yoxdur".
 
N.Kərimova son illər özünün də model sahəsindən uzaqlaşmasının səbəbini açıqlayıb:
 
 
"Ən çox reklama çəkilən sima olmuşam. İki mobil operatorun reklamında oynamışam. Simam yaddaqalan deyil, mütəmadi olaraq başqa reklamlara çəkilirəm. Amma son vaxtlar keyfiyyətdən çox kəmiyyətə önəm verilir. Çox ucuz təkliflər gəlir. Səviyyəmi aşağı sala bilmərəm. Tədbirlər aparıram, ona görə də sırf modellik etmirəm.
 
Əvvəl model məktəbi açdım, öyrətmək istədim. Gördüm ki, tələbat yoxdur. İndi menecer kimi məsləhət verirəm. Amma ciddi yönləndirirəm, çünki modellərə başqa təkliflər gələ bilər. Ona görə də ciddi yanaşıram.
 
Əvvəl Türkiyədən aparıcılıq təklifi almışdım. O vaxt razılaşmadım. İndi peşman olmuşam".

Geri qayıt