Əsas Səhifə > Maqazin > Niyaməddin Musayev QALMAQAL yaratdı - “Özünə bəstəkar

Niyaməddin Musayev QALMAQAL yaratdı - “Özünə bəstəkar


11-09-2021, 17:57

Niyaməddin Musayev qalmaqal yaratdı - “Özünə bəstəkar deyən kəs...“

Növbəti mahnı qalmaqalının əsası qoyulub. Xalq artisti Niyaməddin Musayev mətbuata son müsahibəsində "Bu qala daşlı qala", "Elə bəndəm" mahnılarının müəllifi olduğunu söyləyib. O, həmçinin "Zəngəzur" mahnısının sözlərini də özünün yazdığını deyib.

Yenisabah.az xəbər verir ki, mərhum bəstəkar Tahir Əkbərin qızı Bəhriyyə sosial şəbəkə hesabında məsələyə münasibət bildirib:

"Bu insanları anlamıram. "Zəngəzur" şeirinin müəllifi Zenfira Əlişqızıdır. Özünə bəstəkar deyən hər kəs mütləq təhsil almalıdır. Anlamadım "Bu qala daşlı qala", " Elə bəndəm" mahnılarının bəstəkarıdır? Nə bilim vallah. Allah dahi Üzeyir Hacıbəyova rəhmət eləsin. Burada "O olmasın, bu olsun" yadıma düşdü. Məşədi, qızın 2 adaxlısı var".

Şairə Z.Əlişqızı da səssiz qalmayıb və bu sözləri yazıb:

"Niyaməddin müəllim, belə səhv edə bilməz. Hamı bilir ki, şeiri 2003-cü ildə mən yazmışam. Mahnını isə N.Musayev 5 il öncə bəstələyib. Jurnalist düzgün yazmamış ola bilər. Bildiyiniz kimi Azərbaycanda deyiləm. Amma bu işlə ciddi məşğul olacam". (sherg.az) 


Geri qayıt