Əsas Səhifə > Maqazin > Vahid Əliyevlə Təranə arasında gərgin anlar

Vahid Əliyevlə Təranə arasında gərgin anlar


7-05-2022, 23:30

Vahid Əliyevlə Təranə arasında gərgin anlar - Video

 Bu dəfə prodüser Təranə Səmədova ilə Əməkdar artist Vahid Əliyev arasında gərgin anlar yaşanıb. 

Axşam.az xəbər verir ki, Təranənin Əməkdar artist Elza Seyidcahanla bağlı tənqidinə aktyor etiraz edib. 

"Azərbaycan qadınını təmsil edirsiz, danışığınıza fikir verin. Eşitməyi bacarın. Bakılılarda bir söz var: get, kişin gəlsin. Qarşınlzdakı insanı qiymətləndirin. Elza Seyidcahan "Əməkdar artist"dir. Sizin ixtiyarınız yoxdur Azərbaycan sənətçisinə yuxarıdan baxıb, təhqir edəsiniz" sözlərini deyib. 

Təranə isə ona "Oğlunuzla bir yerdə böyümüşəm. Heç kimin ailəsində problemsiz heç nə olmur. Qızınızın da keçdiyi taledən xəbərim var. Artıq danışmaq lazım deyil" sözlərini söyləyib. 

V.Əliyev isə onunla bir yerdə oturmaq istəmədiyini deyərək, studiyadan gedib. 


Geri qayıt