Əsas Səhifə > Maqazin > “Ermənilər mənə ömürlük travma yaşatdı, o zaman

“Ermənilər mənə ömürlük travma yaşatdı, o zaman


4-08-2022, 14:05

“Ermənilər mənə ömürlük travma yaşatdı, o zaman 18 yaşım var idi...”

“Ermənilərin növbəti təxribatı nəticəsində bir oğulumuz şəhid oldu. Allah düşmənə lənət etsin. Şəhidimizin valideynlərinə səbr versin. Hər bir şəhid övladı bizimdir, amma şəhid anasının çəkdiyini biz çəkə bilmərik. Allah heç bir ananı balası ilə imtahana çəkməsin”
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Sevinc Sarıyeva bildirib. O daha sonra əlavə edib.
 
“Dövlətimizə, ordumuza, hərbçilərimizə çox inanırıq. Allah onlara güc-qüvvət versin. Haqlarını bizə halal etsinlər. Mənə elə gəlir ki, hər şey yaxşı olacaq, bütün torpaqlarımızı işğaldan azad edəcəyik. Qələbə bizimdir, bizim də olacaq. Mən də bir Qarabağlı qızı kimi hər zama ordumuzun, əsgərlərimizin yanındayam. Lənətlənmiş ermənilər ömür boyu bizim çörəyimizi yeyiblər. 1547-ci ildən bu günə qədər torpaqlarımıza göz dikiblər. Bizim milləti hər zaman soyub-talayıblar. Süfrələrimizin başında oturub, çərəyimizi kəsib, suyumuzu içib, bizə badalaq gəliblər. Dünyada nə pislik varsa bizim insanlarımıza ediblər” deyə sənətçi bildirib.
 
Əməkdar artist ermənilərin onun atasına da işgəncələr verdiyini bildirib.
 
“Məcburi-köçkün düşəndə kənddən ən gec atam çıxıb. Atamı ermənilər əsir götürmüşdülər. Ona işgəncələr vermişdilər, bədəninə neft vurmuşdular. Mənim o zaman 18 yaşım var idi. Ermənilər mənə ömürlük travma yaşatdılar. Atam ilyarım erməni əsirliyində oldu. O dövrü yaşamaq çox çətin idi, bu gün də o haqda danışanda yenidən o anları yaşayıram. Bu günümüzə çox şükürlər olsun” deyə sənətçi bildirib.
 
Ads by 
0
Reklamınızı SmartBee ilə effektiv edin.

 

 

Geri qayıt