Əsas Səhifə > Maqazin > Türkiyəli məşhurlar Azərbaycana başsağlığı verdilər

Türkiyəli məşhurlar Azərbaycana başsağlığı verdilər


15-09-2022, 19:29

Türkiyəli məşhurlar Azərbaycana başsağlığı verdilər - FotolarSentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində genişmiqyaslı təxribatı nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 71 hərbçisi şəhid olub.

Musavat.com xəbər verir ki, yerli məşhurlarla yanaşı, Türkiyə və Rusiyadan olan tanınmışlar da xalqımıza başsağlığı veriblər. Onlar bununla bağlı sosial şəbəkə hesablarında müxtəlif yazı və şəkillər paylaşıblar.

 "AzerTaym.az" sözügedən paylaşımları təqdim edir:

Türkiyəli müğənni Sibel Can 

Şəhidlər ölməz!

Türkiyəli müğənni Seda Sayan

Başımız sağolsun, Azərbaycan!

Türkiyəli müğənni Gülben Ergen

Başın sağolsun qardaş ölkəm, Azərbaycan!

Türkiyəli aktyor Oktay Kaynarca

Başın sağolsun vətən, Azərbaycan!

Türkiyəli müğənni İrem Derici

Şəhidlərimizə görə çox kədərliyəm. Başsağlığı verirəm. Dərdiniz dərdimizdir, Azərbaycan!

Azərbaycan əsilli aktrisa Nəsrin Cavadzadə

Qəlbim Azərbaycanda, Azərbaycanla.

Azərbaycan əsilli rusiyalı müğənni Jony (Cahid Hüseynov)

Allah şəhidlərimizə rəhmət etsin!

Türkiyəli aktrisa Aslıhan Güner

Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən atışmalarda şəhid olan Azərbaycan ordusunun qəhrəman əsgərlərinə Allahdan rəhmət, yaralılarımıza şəfa arzulayıram. Qardaş Azərbaycan xalqına başsağlığı verib, səbr diləyirik.

Türkiyəli aktrisa Danla Bilic 

Gec də olsa bütün Azərbaycana başsağlığı verirəm.

Türkiyəli aparıcı Fulya Öztürk

50 şəhid. Allah rəhmət eləsin.

Türk əsilli almaniyalı futbolçu Mesut Özil

Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən atışmalarda şəhid olan Azərbaycan əsgərlərinə Allahdan rəhmət və kədərli ailələrinə  başsağlığı diləyirəm.


Geri qayıt