Əsas Səhifə > Maqazin > “Calm Down”u tarda ifa etdi

“Calm Down”u tarda ifa etdi


16-01-2023, 16:52

“Calm Down”u tarda ifa etdi

 

Tarzən Humay Qədimova son günlərin trend mahnısı “Calm Down”u ifa edib.

“Qafqazinfo” xəbər verir ki, musiqiçi bunu əks etdirən görüntüləri instaqram hesabında paylaşıb.

Qədimovanın bu mahnını tarda ifa etməsi maraqla qarşılanıb. 

Qeyd edək ki, “Calm Down” mahnısının müəllifi nigeriyalı musiqiçi Remadır. O, mahnını məşhur ifaçı Selena Qomezlə birlikdə oxuduqdan sonra bir çox ölkələrdə trendə çevrilib. Müğənni Səidə Sultan mahnının sözlərini dəyişərək Ana dilimizə uyğunlaşdırıb. Onun bu ifası müzakirələrə səbəb olub.

 


Geri qayıt