Əsas Səhifə > Maqazin > "O qədər pul verdilər ki, səhərə qədər sayıb qurtara

"O qədər pul verdilər ki, səhərə qədər sayıb qurtara


Dünən, 22:32

Müğənni Rüfət Axundov son günlər gündəmdə olan məclisdə sənət adamlarına şabaş verilməsi məsələsinə münasibət bildirib.

"Gün ortası" verilişinə qatılan ifaçı məclilərdən birində ona verilən şabaşdan söz açıb:

"Bu mövzu elədir ki... Danışılası, danışılmayası söz var. Çox şey görmüşəm, amma danışa bilmərəm. Şabaş adidir. Mən pul yağışı görmüşəm. Tək mən yox, Abbas Bağırov da. Elə məclisdə olmuşuq ki, oradakı pulu görsələr huşunu itirərlər. Bir dəfə bir məclisdə idik. Orada o qədər pul var idi ki, səhərə qədər sayıb qurtara bilmirdik. Axırda yığmaq üçün tozsoran gətirdilər. Prodüser Anar Mədətov şahid idi".  (Axşam.az)


Geri qayıt