Əsas Səhifə > Mənəviyyat, Slayd > Telli Borçalı polisə çağırıldı

Telli Borçalı polisə çağırıldı


2-07-2016, 12:20

Telli Borçalı polisə çağırıldı — SƏBƏB

Aşıq Telli Borçalı uzun müddətdir ki, Gürcüstandadır.

Ölkə.Az-a daxil olan məlumata görə, aşıq bir müddət öncə hüquq-mühafizə orqanlarına dəvət olunsa da, dolayısıyla bundan imtina edib və ölkədən çıxıb. Aşığın ölkəyə nə zaman dönəcəyi məlum deyil.

Xatırladaq ki, Gürcüstan respublikasının vətəndaşı olan Telli Borçalı MTN-in sabiq generalı Akif Çovdarovla dostluq münasibətlərinə malik olub.

Güman edilir ki, sənətçinin istintaqa çağırılmasının səbəblərindən biri də məhz bu məsələdir.

Mövzunu diqqətdə saxlayacağıq.


Geri qayıt