Əsas Səhifə > Mənəviyyat, Slayd > TÜRKİYƏNİN MƏŞHUR ŞOUMENİ –
TÜRKİYƏNİN MƏŞHUR ŞOUMENİ –5-08-2016, 17:33 |
15 iyul çevriliş cəhdinin ardından sosial şəbəkədə yazışmaları ortaya çıxan şoumen Atalay Dəmirçi Ankarada həbs edilib. AzerTaym.az “AzPolitik.info”-a istinadən xəbər verir ki, məşhur şoumen Atalay Dəmirçinin Twitter hesabı, “Ay-ulduz Team” adlı xaker qrupu tərəfindən ələ keçirilmişdi. Qrup, Dəmirçinin Twitterdəki xüsusi yazışmalarını nəşr edib. Xüsusi yazışmalar arasında məşhur şoumenin, keçmiş futbol ulduzu Hakan Şükür və ABŞ-da basketbol karyerasını davam etdirən Enes Kanter ilə olan yazışmaları ortaya çıxıb. Türkiyədə 15 iyul çevriliş cəhdinin ardından yazışmaları ortaya çıxan Atalay Dəmirçinin Ankarada həbs edildiyi bildirilib. Şoumen isə verdiyi açıqlamada: “FETÖ ilə heç bir əlaqəm yoxdur. Bütün bunlar xakerlər tərəfindən həyata keçirilən oyundur”, deyə məşhur şoumen özünü müdafiə edib.
Geri qayıt |