Əsas Səhifə > Mənəviyyat > “İlhamə Quliyevanın 2 milyon 707 min manat pulu olub”
“İlhamə Quliyevanın 2 milyon 707 min manat pulu olub”23-08-2016, 13:00 |
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib. “Report”un xəbərinə görə, hakim hakim Səbuhi Hüseynov sədrliyi ilə keçirilən prosesdə M.Hüseynovanın vəkili Vasif Mirzəyev vəsatətlə çıxış edib. O, cinayət işində Orxan Bəkirovun çəkdiyi vidogörüntünün sübut kimi qeyd edildiyini bildirib. Vəkil həmin videogörüntünün sübutlar siyahısından çıxarılmasını, bir neçə şəxsin məhkəmədə ifadə verməsini istəyib. Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib. M.Hüseynova özünü təqsirli bilmədiyini deyib.
Geri qayıt |