Əsas Səhifə > Mənəviyyat > Namaz insan gözünü necə qüvvətləndirir?-
Namaz insan gözünü necə qüvvətləndirir?-7-09-2016, 10:59 |
Əvvəlcə ondan başlayaq ki, insan gözü necə olur ki, yaxşı görür? Gözün rəngli hissəsi kimi bilinən qişasının ətrafında olan kiprik əzələlərinin dairəvi lifləri beyindən gələn siqnallarla yığılır və diametri kiçilərək göz bəbəyini asılı halda saxlayan lifləri elastik edir. Bunun nəticəsində də göz bəbəyinin görmə qabiliyyəti artır.
Gözün yaşxı görməsində fəal iştirak edən qişa üç hissədən ibarətdir:kapsula, epiteli və liflər. Görmə qabiliyyətinin qorunması və inkişafında ən çox rolu olan kiçicik təbəqə isə lens lifləridir. Lens lifləri gözdə qatılaşıb sətləşirsə, bu görmə qabiliyyətini zəifləməsinə səbəb olur. Lenslərin qatılaşması əsasən yaşlı adamlarda olur ki, yaşlıların zəif görmələrinə hamımız şahidik. Bu səbəbdən yaşlı adamlarda həmçinin gözdəki balansı qoruyan “Uyğunlaşma” prosesi də zəifləyir.
“Uyğunlaşma” (elmi adı akkomodasiya) prosesinin aktiv və ya passiv getməsi gözün nə dərəcədə aydın görməsini müəyyənləşdirir. “Uyğunlaşma”nı dirçəltmək üçün xüsusi bəbək rahatlayıcı proseslərdən istifadə edilir.
Moderator.az saytının təqdim etdiyi yazı və onun başlığı da əsasən həmin prosesin aktivləşmə mexanizmi haqqındadır:
Namaz qılarkən ayaq üstə duran zaman göz eyni nöqtəyə zillənmiş olur. Səcdəyə gedən an isə bəbəklər zilləndiyi nöqtəyə yaxınlaşır. Daha sonra isə namazın şərtlərinə uyğun olaraq ayağa qalxdıqda bəbəklər yenidən özünün “istinad nöqtə”sindən uzaqlaşır. Beləliklə, həmin hərəkətlər əsasında gözdəki “uyğunlaşma”prosesi aktivləşir və gözün bəbəyi daim hərəkətdə olur. Bu hərəkətlər yaxşı görməni yaradan lens liflərinin qidalanmasını təmin edən epitel hüceyrələri üçün faydalıdır.Bu zaman lens hüceyrələrində olan metobolik artıqlar xaric olunur. Biz sanki gözümüzün yüngülləşdiyini və ağır bir yükü üzərindən atdığını hiss edirik. Bu artıqlar xaric edilmədikləri zaman liflərin qatılaşmasına və sərtləşməsinə səbəb olur ki, bu da görmənin zəifləməsi deməkdir.
Geri qayıt |