Əsas Səhifə > Mənəviyyat > Bakı bu gün...
Bakı bu gün...14-03-2017, 11:46 |
Xəbər verdiyimiz kimi, bu gün Bakıda ilaxır çərşənbə xüsusi qeyd olunur. Bu münasibətlə metronun “İçərişəhər” stansiyası və Bakı Şəhər İcra Hakimiyyəti binasının yanındakı ərazidən Novruz personajları – Dədə Qorqud, Bahar qızı, Kosa, Keçəl musiqi qruplarının, həmçinin dəvələr, süvarilər və faytonların müşayiəti ilə böyük karvan Suraxanı “Atəşgahı”na yollanıb. Qeyd edək ki, saat 19.00-da incəsənət ustalarının iştirakı ilə bayram konserti və atəşfəşanlıq təşkil ediləcək. “Qafqazinfo”nun fotoqrafı Nuran Məmmədovun həmin mərasimdən çəkdiyi fotoları təqdim edirik: Geri qayıt |