Əsas Səhifə > Mənəviyyat, Slayd > Prezident əfv sərəncamı verdi – tam siyahı
Prezident əfv sərəncamı verdi – tam siyahı18-10-2014, 10:50 |
![]() Dövlət başçısı İlham Əliyev Dövlət Müstəqilliyi Günü ilə bağlı əfv sərəncamı imzalayıb. “Azərtac” həmin sərəncamı təqdim edib: I. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın çəkilməmiş hissəsindən azad edilsinlər: 1. Abışov Elşən Məmməd oğlu 2. Abızərov Qismət Elşən oğlu 3. Adgözəlov Aqşin Xankişi oğlu 4. Ağayev Samir Eldar oğlu 5. Ağayev Tələt Asəf oğlu 6. Babakişiyev Elşən Faik oğlu 7. Babayev Elşən Cavanşir oğlu 8. Behbudov Aslan Bəhlul oğlu 9. Bektaş İlbeyi Yusuf İzzetin oğlu 10. Cabbarov Samir Akif oğlu 11. Cahangirov Cahangir Elgün oğlu 12. Daşdəmirov Aslan Səfər oğlu 13. Əhədov Adil Rasim oğlu 14. Əhmədov Bayram Ağababa oğlu 15. Əhmədov Firdovsi Paşa oğlu 16. Əhmədov Tərlan Nizami oğlu 17. Əliyev Rəşad Vüqar oğlu 18. Əmrahov Heydər Nəsib oğlu 19. Əsədov Əlikram Nuğay oğlu 20. Əzimov Azər Zakir oğlu 21. Əzimov Pərviz Əzim oğlu 22. Əzizov Tural Musabeg oğlu 23. Fərzəliyev Rəşid Rəsul oğlu 24. Həsənov Çingiz Müzəffər oğlu 25. Həsənov Elvin Sabir oğlu 26. Həsənov Samir Sabir oğlu 27. Hümbətov Ağalar Ağasəf oğlu 28. Hüseynli Həsən Yəhya oğlu 29. Hüseynov Dadaş Əvəz oğlu 30. Hüseynov Pənah Valeh oğlu 31. İbrahimov Elməddin Təyyar oğlu 32. İbrəhimov Mirnizam Vəli oğlu 33. İmrahi Tohid Əli oğlu 34. İsayev Mübariz Baba oğlu 35. Kazımov Afiq Qara oğlu 36. Kazımov Rüfət Məhər oğlu 37. Kərimov Azay Əli oğlu 38. Qanbarçayev Bilal Abdulla oğlu 39. Qasımov Həmdulla Mügərrib oğlu 40. Qəmbərov Eşqin Ələddin oğlu 41. Quliyev Bəxtiyar Səməndər oğlu 42. Quliyev Xalid Əjdər oğlu 43. Quliyev Səbuhi Natiq oğlu 44. Qurbanov Şahin Hacımirzə oğlu 45. Mahmudova Səbinə Nəbi qızı 46. Məcidov Təbriz Etibar oğlu 47. Məcidov Ülfət Cənnət oğlu 48. Məhəmmədzadə Səid Müştəba oğlu 49. Məmmədov Elvin Hidayət oğlu 50. Məmmədov Etibar Arif oğlu 51. Məmmədov Natiq Tofiq oğlu 52. Məmmədov Nəzir Tapdıq oğlu 53. Məmmədov Rahim Vasif oğlu 54. Məmmədova Lalə Rəşid qızı 55. Muradi Muxtar Akif oğlu 56. Musayev Faiq Musaxan oğlu 57. Musayev Yusif Qafur oğlu 58. Mürsəlli Elsevər Nəsrəddin oğlu 59. Naibov Cəlal Camal oğlu 60. Namazov Emil Nizami oğlu 61. Nəsirullayev İlqar Həsənqulu oğlu 62. Novruzlu Şahin İbrahim oğlu 63. Rəfiyev Famil İdris oğlu 64. Rəhimli Sənan İqbal oğlu 65. Rzayev Əbülfəz Zahid oğlu 66. Sadıqov Savalan Fərhad oğlu 67. Salahzadə Zaməddin Zahir oğlu 68. Sanılı Eldar Adil oğlu 69. Süleymanov Tural Hacı oğlu 70. Şərbətov Şəhnam Zərbəli oğlu 71. Şirəliyev Hüseyn Əlgülşad oğlu 72. Tanrıverdiyev İbrahim Hüseyn oğlu 73. Teymurlu Elşən Elşad oğlu 74. Vəkilov Çingiz Bəhlul oğlu 75. Vəliyev Namiq Qadir oğlu 76. Vəliyev Vüqar Kamil oğlu 77. Vəlizadə Pehman Xanlar oğlu 78. Yunusov Musa Yunus oğlu 79. Zada Amir Sher 80. Zeynalov Mərahim Abdulla oğlu II. Sumqayıt Apelyasiya məhkəməsinin 2013-cü il 4 sentyabr tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına şərti olaraq məhkum edilmiş, Bayramov Vahid Saleh oğlu cəzadan azad edilsin. III. İslah işləri cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın çəkilməmiş hissəsindən azad edilsinlər: 1. Quliyev Kamil Bayram oğlu 2. Qurbanov Elnur Allahverdi oğlu IV. Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin 2012-ci il 31 yanvar tarixli hökmü ilə cərimə cəzasına məhkum edilmiş, Əhmədova Turanə Qalib qızı cəzadan azad edilsin. Əfv fərmanı bütövlükdə 84 məhkumu əhatə edib. Onlardan dördü siyasi məhbusdur. Həbsdəki NİDA-çılar bir müddət əvvəl əfv olunmaq üçün dövlət başçısına müraciət etsələr də, onlardan üçü əfv siyahısına düşüb. Adları siyasi məhbus siyahısında olan NİDA üzvləri - Şahin Novruzlu, Bəxtiyar Quliyev, Elsevər Mürsəlli və hüquq müdafiəçisi Həsən Hüseynli azadlığa buraxılıblar. Hüquq müdafiəçiləri və deputatlar sonuncu əfv sərəncamını müsbət qiymətləndirsələr də, müxalifət sərəncamdan narazı qalıb. Hüquq müdafiəçisi Səidə Qocamanlı musavat.com-a açıqlamasında bildirib ki, sərəncamı pozitiv qiymətləndirir: “Hüquq Müdafiəçilərinin Monitorinq Mərkəzinin siyahısından dörd siyasi məhbus əfv olunub. Sərəncam ümumilikdə 84 nəfərə şamil edilib. Həmişəki kimi çox pozitiv, çox müsbət qiymətləndiririk. Bir nəfərin də belə azadlığa buraxılması bizim üçün çox sevindirici haldır. Əfvə düşən 84 nəfərin hamısına, ailələrinə gözaydınlığı verirəm. Bizim siyahımızdan da dörd nəfər əfvə düşüb. Bu, ikiqat sevincdir, müsbət bir haldır. Düşünürəm ki, siyasi məhbuslarla bağlı işçi qrupu tez bir zamanda yaradılsa, digərlərinin də taleyini tez həll edə bilərik. Ümid edirəm ki, AŞPA-nın yanvar sessiyasına biz o siyahılarsız gedəcəyik”. Hüquq müdafiəçisi Novella Cəfəroğlu da qeyd edib ki, bütün əfv fərmanlarını dəstəkləmək lazımdır: “Biz də dəstəkləyirik. Yaxşıdır, müsbətdir, insanlar ailələrinə qovuşur. Ümidvarıq ki, Avropa Şurası Parlament Assambleyasının qış sessiyasına siyasi məhbussuz gedəcəyik”. Hüquq müdafiəçisi və deputat Çingiz Qənizadə də əfv sərəncamını müsbət addım hesab edir: “Bu cür humanist addımı necə dəyərləndirmək olar? - əlbəttə ki, çox müsbət. Təkcə siyasi məhbusların buraxılmasından söhbət getmir. Hər bir Azərbaycan vətəndaşı önəmlidir. Bu addım minlərlə insana sevinc bəxş edir, təqdirəlayiq hesab edirəm, eşq olsun deyirəm, prezidentə təşəkkür edirəm. Ümid edirəm ki, bu cür sərəncamlar nəticəsində mübahisəli insanlar, beynəlxalq təşkilatların siyahılarındakı insanlar da zaman-zaman ailələrinə qovuşacaq”. Deputat Zahid Oruc isə qeyd edib ki, bu fərman ilk növbədə müstəqilliyə münasibətdir: “Ümumən hesab edirəm ki, ilk növbədə dövlət müstəqilliyinə münasibətdir, ona dəyər verməkdir. Bu günün önəmini Azərbaycan cəmiyyətinə çatdırmaqdır. Bayram günü, təqvimdə önəm daşıyan hadisələr bu cür addımlarla əlamətdar olur, insanlar üçün daha əhəmiyyətli olur. Hesab etmirəm ki, bu, təkcə 84 nəfər üçündür. Bu, cəmiyyətə verilən bir mesajdır. Azadlığına qovuşan hər kəs eyni dərəcədə bu millətin övladlarıdır. Qoy onlar dövlətin atdığı bu mənəvi addım hesabına islah olunsunlar və bir daha cinayət törətməsinlər”. Müsavat Partiyası funksioneri Gülağa Aslanlı isə bildirib ki, 84 nəfərlik əfv siyahısına cəmi 4 nəfər siyasi məhbusun salınması, həmçinin siyahıda bir nəfər də olsun Müsavat üzvünün olmaması hakimiyyətin qərəzindən xəbər verir. “Siyahıda müsavatçı siyasi məhbuslardan heç kimin adının olmaması bir daha hakimiyyətin Müsavata olan saymamazlığını və həmçinin qərəzli münasibətini göstərir. Hakimiyyət bununla Müsavatı özünə rəqib hesab etməsini bir daha büruzə verir və ortaya qoyur. Onlarla siyasi məhbus yenə də siyahıdan kənarda qalıb. Bu əfv fərmanı sadəcə olaraq beynəlxalq aləmə sadəcə hakimiyyətin əfv verdiyini, bu proseduru həyata keçirdiyini göstərmək üçündür. Gözləyirlər ki, bununla beynəlxalq təşkilatlar da ölkədə siyasi islahatların getdiyini bildirəcək, bunu irəliyə doğru bir addım hesab edəcək və sair”. Geri qayıt |