Əsas Səhifə > Mənəviyyat, Slayd > Cəmil Quliyevdən Etibar Hüseynova CAVAB
Cəmil Quliyevdən Etibar Hüseynova CAVAB27-10-2014, 02:56 |
![]() "AzerTaym.az" xəbər verir ki,“Ucnoqta.az”-ın əməkdaşı məsələyə münasibətini öyrənmək üçün İTV-nin baş direktoru Cəmil Quliyevlə əlaqə saxlayıb. Televiziya rəhbərinin iradlara cavabı belə olub: “Mən İctimai Televiziyanın rəhbəriyəm. Mənim danışığım İctimai telviziyanın mövqeyidir. Hər hansı bir millət vəkili öz fikirlərini və iradlarını bildirə bilər. Biz iradlara açığıq, amma iradlar da real olmalıdır. Mən Etibar Hüseynovun telekanalımızın hava buraxılışı ilə bağlı dediklərini qəbul etmirəm. Bu necə real olmaya bilər ki, həmin məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosuna və digər mənbələrə istinadən veririlir. Ona görə, televiziyanı tənqid edən millət vəkili iradlarını bildirərkən fikirləşməlidir. Qaldı ki, Etibar Hüseynovun ictimai nüfuzuna, mən əgər bu kürsüdə oturmasaydım, o zaman onun nüfuzu haqda fikir bildirərdim. Bir daha deyirəm, mənim mövqeyim İctimai Televiziyanın mövqeyidir, İctimai Televiziya isə qərəzli mövqe bildirə bilməz”. Geri qayıt |